VIII gün
Bu gün təlimimizin 8-ci günü başa çatdı.İlk məşğələmiz layihə üçün internet resurslardan istifadə idi. Layihə üzərində işləyərkən bizə çoxlu materiallar, şəkillər, yazılı məlumatlar lazım olacaq.İnternetdən götürdüyümüz şəkilləri öz portfoliomuzda, linklərini (URL) isə Mövzunun öyrənilməsi planında saxlayırıq.
Daha sonra isə gmailin başqa bir funksiyası, Google disk ilə tanış olduq. Google disk online flashkart rolunu oynayır, amma öz imkanlarına görə adi flashkartdan daha əlverişlidir. Burada 15 Gb-a qədər informasiya saxlamaq mümkündür. Materialların google diskdə saxlanması onları daha təhlükəsiz edir, çünki adi flashkarta virus düşə bilər, itə bilər. Google diskdə saxlanan informasiya gizliliyini qoruyur, ora gmailin sahibindən başqa heç kim baxa bilməz. İnternetə çıxışı olan istənilən yerdə, dünyanın istənilən nöqtəsində google diskdə saxlanan informasiyadan istifadə etmək olar.
Şagird interaktiv müzakirələrdə iştirak edərək başqasının köməyi olmadan, təkbaşına öyrənir, özü araşdırır, özü tapır, başqalarından kömək almır. Məsələn, online sorğularda iştrak edir, online test həll edir və s.Daha sonra layihədə istifadə edəcəyimiz WEB2 alətləri ilə tanış olduq. WEB1 alətlərindən fərqli olaraq WEB2 alətlərində online rejimdə işləyirik və onların inkanları daha genişdir.
Комментариев нет:
Отправить комментарий