воскресенье, 7 февраля 2016 г.

dördüncü gün


                           IV gün

Təlimin 4-cü günü başa çatdı.Bu gün layihə mövzularını müzakirə etdik. Müzakirələr mənim üçün faydalı oldu. Ona görə ki, müzakirələr zamanı öz müəllim yoldaşlarımın fikirlərini dinlədim, öz fikirlərimi bildirdim. Bu fikir mübadiləsi nəticəsində öz seçimimi dəqiqləşdirdim, araşdırmaların istiqamətini müəyyənləşdirdim.Daha sonra seçdiyimiz mövzuların standart və məqsədlərini müəyyən etdik.( www.kurikulum.az  səhifəsindən standart seçildi.)İstədiyimiz nəticəni tez əldə etmək üçün standartlardan istifadə etmək vacibdir. Tədrisin məqsədini və təlimdən gözlədiyimiz nəticələri müzakirə etdik. Niyə məhz bu layihə mövzusunu seçdiyimiz, layihənin sonunda şagirdlərdən gözlədiyimiz nəticələr haqda fikir mübadiləsi apardıq.
Bu gün həmçinin İntel 10 təlimində  Microsoft Office proqramları paketinə daxil olan Microsoft Publihser proqramını öyrəndik. Bu proqramın imkanları ilə nəşrlər, bukletlər, vizitkalar, sertifikatlar, fəxri-fərmanlar, veb-saytlar hazırlamaq mümkündür. Qiymətləndirmə zamanı şagirdləri bu proqramın köməyi ilə hazırladığım sertifikatlarla fərqləndirməyi düşünürəm.




1 комментарий: