вторник, 9 февраля 2016 г.

beşinci gün

                                                           


                                   V gün



Bu gün çoxsaylı qiymətləndirmə üsullarına baxış etdik. Bunun üçün Modul 4-də məşğələ 2 ilə tanış olduq, onu oxuduq, müzakirə etdik. Bu müzakirənin mənə xeyri o oldu ki, qiymətləndirmə haqqında bildiklərimi təkrar etdim, bilmədiklərim öyrəndim.
Qiymətləndirmənin 3 növü var:

  • beynəlxalq
  • milli
  • məktəbdaxili

Beynəlxalq qiymətləndirmə - 3-5 ildən bir, beynəlxalq müşahidəçilər tərəfindən aparılır. Məqsəd ölkənin təhsil səviyyəsini öyrənmək, başqa ölkələrlə müqayisədə təhsilin hansı vəziyyətdə olduğunu müəyyənləşdirməkdir.
Milli qiymətləndirmə - Təhsil Nazirliyi tərəfindən aparılır. Məqsəd ölkə daxilində təhsilin səviyyəsini öyrənməkdir.
Məktəbdaxili qiymətləndirmə - 3 yerə ayrılır: 

  • diaqnostik
  • formativ 
  • summativ.   
Diaqnostik qiymətləndirmə, şagirdin  ilkin bilik və bacarıqlarını təyin etmək üçün aparılır. Adətən ilin əvvəlində aparılan dioqnostik qiymətləndirmə il boyu davam edə bilər, bu bir çox səbəblərdən asılıdır, məsələn, sagird və ya müəllim sinfi və ya məktəbi dəyişərsə. İki cür, qısamüddətli və davamlı ola bilər.
Formativ qiymətləndirmə, il boyu aparılır. Məqsəd şagirdin il boyu fəaliyyətini izləmək, irəliləməsin və geriləməsini öyrənmək, boşluqları müəyyən edib aradan qaldırmaqdır. Formativ qiymətləndirmənin nəticəsi müəllimin şəxsi formativ qiymətləndirmə jurnalına qeyd olunur.
Summativ qiymətləndirmə, kiçik və böyük olmaqla iki yerə ayrılır. KSQ - Kiçik Summativ Qiymətləndirmə hər tədris vahidinin sonunda, 4-6 həftədən bir aparılır. Nəticəsi sinif jurnalına və gündəliyə yazılır. BSQ - Böyük Summativ Qiymətləndirmə ildə iki dəfə, hər yarımilin sonunda aparılır. Summativ qiymətləndirmənin məqsədi hər tədris vahidinin, hər yarımilin sonunda şagirdlərin bilik və bacarıqlarının öyrənilməsinin səviyyəsini müəyyənləşdirməkdir.
      Günün sonunda qiymətləndirmənin ilkin variantının hazırlanmasını öyrəndik. Mövzunun öyrənilməsi planında bunu işlədik. Layihənin əvvəlində, gedişində və sonunda hansı qiymətləndirmə üsullarından istifadə edəcəyimizi müəyyənləşdirdik.

Комментариев нет:

Отправить комментарий