XIV gün
XIV günə "Layihənin reallaşması planı"nın işlənməsi ilə başladıq.
XIV günə "Layihənin reallaşması planı"nın işlənməsi ilə başladıq.
Layihənin həyata keçirilməsi üç hissədən ibarətdir: layihədən əvvəl, layihənin
gedişatı və layihədən sonra. Bu mərhələlrin hər biri üçün fəaliyyətlər əvvəlcədən
müəyyən edilməli və layihənin həyata keçirilməsi bu plan əsasında yerinə
yetirilməlidir. Belə olarsa, sonunda ortaya mükəmməl bir iş çıxartmaq mümkün
olacaqdır.Sonra portfoliolarımız üzərində işimizi davam etdirdik.
"Sorğu-finiş" sənədini işlədik. Bu sənəddə "İntel
- Gələcək üçün təhsil"treninqinin əsas üsul və məqsədlərini xarakterizə edən
fikirləri, öz şagirdlərimizlə müxtəlif fəaliyyət növlərinə nə qədər hazır
olduğumuzu qeyd etdik. Təlimi aparan təlimçilərin işini qiymətləndirdik. Təlimin
bizim üçün nə dərəcədə faydalı olduğu haqda fikirlərimizi bildirdik.Porfoliomuzda bir daha bütün bölmələrə daxil olub
bütün yarımçıq qalan məsələləri həll etdik və
nəhayət, 14 günlük təlimin sonunda Portfoliommuzu tamamlayıb təhvil verdik.
İntel 10-cu versiyanın üstünlükləri təkcə layihə
metodunu öyrətməklə bitmir, həmçinin bizi fəal təlimlə bağlı bir çox sahələrə
aparıb pedoqoji fəaliyyətimizdə uğur qazana biləcək hər cür imkanı aşılamaqla
yadda qalır.
Təşəkkürlər İNTEL və təşəkkürlər çox hörmətli TƏLİMÇİLƏRİMİZ!
Комментариев нет:
Отправить комментарий