XIII gün
Təlimin XIII gününə bloqların müzakirəsi ilə
başladıq. Təlimçılərin bizə verdiyi müəyyən məsləhət və təlimatlardan sonra
fasilitasya sənədlərinin nümunələri ilə tanışlıqla davam etdirdik. Burada
"Fasilitasiya resursunun planlaşdırılması" haqqında müzakirələr
edildi.
Müasir təlimdə müəllimin mövqeyi – "bələdçi" (fasilitator) , "aparıcı” (istiqamət verən) mövqeyidir. Fəal təlim prosesində müəllimin biliklərə aparan yolda bir bələdçi kimi əsas funksiyası, təyinedici rolu fasilitasiya (ingilis dilində facilitation –əlverişli şərait yaratma) adlanır.
Bu müəllim liderliyinin yeni tipidir və o, müəllimlə şagirdin təhsil məqsədinə nail olmağa yönəldilmiş birgə fəaliyyətinə əsaslanır.Müəllimin vəzifəsi – öyrənməyi öyrətməkdir.Fasilitasiya bir proses kimi yönəldici, köməkçi sualların effektli tətbiqinin köməyi ilə diskussiyaların təşkili və şagirdlərin fəallaşdırılması prosesindən ibarətdir. Fasilitasiyanın əsas xüsusiyyəti ondan ibarətdir ki, yeni bilgi müəllim tərəfindən deyil, şagirdlər tərəfindən aşkara çıxarılır. Fasilitatorun mövqeyi, onun əsas funksiyası düşüncəni inkişaf etdirmək və onu lazımı məcraya yönəltməkdən ibarətdir. Fasilitasiya yanaşmasının əsas məqsədi şagirdlərin öyrənmək və yaratmaq tələbatlarını tam ödəmək, onların öz potensialını həyata keçirə bilməsi üçün şərait yaratmaqdır.
•Fasilitatorun mövqeyi, onun əsas funksiyası –
fikrin təhrik edilməsi və onun lazım olan istiqamətə yönəldilməsidir (funksiya)
•Fasilitasiya yanaşması idraki və yaradıcı tələbatların
tam ödənilməsinə, yəni şagirdlərin öz qabiliyyətlərini gerçəkləşdirməsinə yönəlmişdir.
Bu sənəddə fasilitator olmağımızda
və dərslənizi daha şəxsiyyətyönümlü etməkdə texnologiyanın bizə necə kömək edə
biləcəyinə dair sadalanmış ideyalara öz əlavələrimizi etdik.
Daha sonra Layihənin öyrənilməsi
planının yekunlaşdırılması ilə əlaqədar sənədləşmə işini icra etdik. Təlimin XIII gününü
bloq haqqında təəssüratlarımızı yazmaqla yekunlaşdırdıq.
Комментариев нет:
Отправить комментарий