IX gün
IX gün dərsimiz çox maraqlı keçdi.Web2 alətlərinin təhlili və istifadəsi ilə məşğul olduq.Keçən təlim günündə tanış olduğumuz Bloggif.com,Photodex.com,
LearningApps.org,Vip.Talisman.comalətlərində qeydiyyatdan keçdik və onların hər birinin funksiyaları, işləmə qaydası, imkanları ilə ətraflı tanış olduq.Bu alətlərdən şagird təqdimatında istifadə etməyi düşünürəm.
Blogla daha geniş tanış olduq, çünki şagirdlər layihəni məhz blogda təqdim edəcəklər.
Sonra şagird blogunun yaradılması haqda danışdıq. Biz artıq müəllim blogu yaradarkən blog anlayışı ilə tanış olmuşduq. Bu gün isə daha geniş və ətraflı blogun imkanları haqda öyrəndik. Layihə zamanı şagirdlər öz araşdırmalarının nəticələrini Şagird blogunda yerləşdirərək təqdimat edəcəklər.
Blog ən azı 3 səhifədən ibarət olmalıdır. Bu Ana səhifədir, burada layihə haqqında, onu həyata keçirəcək şagirdlər haqqında ətraflı məlumat yerləşdirilməlidir. Bu səhifədəki məlumatla tanış olan hər kəs layihə haqda tam məlumat almalıdır.Blogun ikinci səhifəsində layihənin tədqiqat istiqaməti, araşdırmalar haqqında məlumatlar yerləşdiriləcək. Tapşırıqlar qruplar arasında bölünəcək, hər qrup öz araşdırmalarını ikinci səhifədə yerləşdirəcək.
Blogun üçüncü səhifəsi araşdırmaların nəticəsi üçün ayrılır. Burada hər qrup öz araşdırmalarının nəticələrini burada yerləşdirəcək.
Sonra Sosial şəbəkələr və onların tədrisdə istifadəsi haqqında danışdıq. Hal-hazırda sosial şəbəkələr şagirdlər arasında geniş istifadə olunur, orada çox vaxt keçirirlər, demək olar ki, hər bir şagirdin hesabı vardır. Adətən onlar sosial şəbəkələrdən ünsiyyət məqsədi ilə, chatlaşmaq, yeni tanışlıqlar qurmaq üçün istifadə edirlər. Müəllim şagirdlərinin bu marağını tədris üçün faydalı istiqamətə yönəltməyi bacarmalıdır. Bunun üçün tədrislə bağlı məlumatları, oyunları, testləri, sorğuları şagirdlərin diqqətini və marağını cəlb edəcək bir şəkildə onların nəzərinə çatdırmalıdır.
Günün sonunda şagird blogu nümunələrinə baxdıq. Bu baxış mənimçün faydalı oldu. Şagird blogunu necə hazırlamaq haqqında fikirlərimi dəqiqləşdirdim.

- photodex.com - video hazırlamaq üçün istifadə etmək olar. Dərsdə mativasiya yaratmaq, tapşırıqlar hazırlamaq üçün və yaxud da şagirdləri həvəsləndirmək üçün müxtəlif video çarxlar hazırlamaq olar.
- learningapps.org - ən xoşuma gələn alət oldu. Bu alətin geniş imkanlarından istifadə etməklə tədris materialları hazırlamaq mümkündür. Gələcəkdə dərslərimin təşkilində bu alətdən tez-tez istifadə edəcəyəm.
Sonra şagird blogunun yaradılması haqda danışdıq. Biz artıq müəllim blogu yaradarkən blog anlayışı ilə tanış olmuşduq. Bu gün isə daha geniş və ətraflı blogun imkanları haqda öyrəndik. Layihə zamanı şagirdlər öz araşdırmalarının nəticələrini Şagird blogunda yerləşdirərək təqdimat edəcəklər.
Blog ən azı 3 səhifədən ibarət olmalıdır. Bu Ana səhifədir, burada layihə haqqında, onu həyata keçirəcək şagirdlər haqqında ətraflı məlumat yerləşdirilməlidir. Bu səhifədəki məlumatla tanış olan hər kəs layihə haqda tam məlumat almalıdır.Blogun ikinci səhifəsində layihənin tədqiqat istiqaməti, araşdırmalar haqqında məlumatlar yerləşdiriləcək. Tapşırıqlar qruplar arasında bölünəcək, hər qrup öz araşdırmalarını ikinci səhifədə yerləşdirəcək.
Blogun üçüncü səhifəsi araşdırmaların nəticəsi üçün ayrılır. Burada hər qrup öz araşdırmalarının nəticələrini burada yerləşdirəcək.
Sonra Sosial şəbəkələr və onların tədrisdə istifadəsi haqqında danışdıq. Hal-hazırda sosial şəbəkələr şagirdlər arasında geniş istifadə olunur, orada çox vaxt keçirirlər, demək olar ki, hər bir şagirdin hesabı vardır. Adətən onlar sosial şəbəkələrdən ünsiyyət məqsədi ilə, chatlaşmaq, yeni tanışlıqlar qurmaq üçün istifadə edirlər. Müəllim şagirdlərinin bu marağını tədris üçün faydalı istiqamətə yönəltməyi bacarmalıdır. Bunun üçün tədrislə bağlı məlumatları, oyunları, testləri, sorğuları şagirdlərin diqqətini və marağını cəlb edəcək bir şəkildə onların nəzərinə çatdırmalıdır.
Günün sonunda şagird blogu nümunələrinə baxdıq. Bu baxış mənimçün faydalı oldu. Şagird blogunu necə hazırlamaq haqqında fikirlərimi dəqiqləşdirdim.
Комментариев нет:
Отправить комментарий