вторник, 9 февраля 2016 г.

altıncı gün

                            VI gün 
Bu gün "Müəllim təqdimatı"nın yaradılması və müəllim-şagird fəaliyyətinin yazılması ilə məşğul olduq.
Müəllim təqdimatının əhəmiyyəti nədir və ona qoyulan tələblər hansıdır?
Layihəyə qoyulan tələblər layihənin əsas suallarının mövcudluğu və tapşırıqların aydın şəkildə ifadə olunmasıdır. Şagird müəllim təqdimatı vasitəsilə layihə mövzusu ilə tanış olur,hansı sahədə tədqiqat aparmalı olduğunu,hansı suallara cavab tapmalı olduğunu öyrənir,qrup tapşırıqlarının nə olduğunu bilir.
Müəllim təqdimatına aid bir-neçə nümunəyə baxdıqdan sonra öz layihəm əsasında təqdimatımı hazırladım. Layihənin birinci səhifəsində layihəyə verdiyim yaradıcı adı,öz ad və soyadımı, işlədiyim məktəbi, layihəni həyata keçirəcək sinfi və fənni göstərdim. İkinci səhifədə təməl sual öz əksini tapdı. Sonrakı səhifələrdə mövzu və məzmun suallarını,qrup tapşırıqlarını yerləşdirdim.Hər mövzu sualını bir qrup tapşırığı kimi verdim. Sonda layihəyə verilən vaxtı bildirdim və şagirdlərimə uğurlar arzu edərək təqdimatı yekunlaşdırdım. 
Təqdimatımı power point proqramında hazırladım.

Layihə müddətində sagirdlər çoxlu yeni biliklər əldə edəcəklər.Tədqiqat apararkən axtarış saytlarından istifadə etməyi,şəkil,mətn,video materialları yadda saxlamağı öyrənəcəklər.Hər qrup öz tapşırığının nəticələrini sagird blogunda saytlarında yerləşdirəcək.

Комментариев нет:

Отправить комментарий