четверг, 18 февраля 2016 г.

on dördüncü gün

                                                                                          XIV gün

  XIV günə "Layihənin reallaşması planı"nın işlənməsi ilə başladıq.
Layihənin həyata keçirilməsi üç hissədən ibarətdir: layihədən əvvəl, layihənin gedişatı və layihədən sonra. Bu mərhələlrin hər biri üçün fəaliyyətlər əvvəlcədən müəyyən edilməli və layihənin həyata keçirilməsi bu plan əsasında yerinə yetirilməlidir. Belə olarsa, sonunda ortaya mükəmməl bir iş çıxartmaq mümkün olacaqdır.Sonra portfoliolarımız üzərində işimizi davam etdirdik. 
  
     "Sorğu-finiş" sənədini işlədik. Bu sənəddə "İntel - Gələcək üçün təhsil"treninqinin əsas üsul və məqsədlərini xarakterizə edən fikirləri, öz şagirdlərimizlə müxtəlif fəaliyyət növlərinə nə qədər hazır olduğumuzu qeyd etdik. Təlimi aparan təlimçilərin işini qiymətləndirdik. Təlimin bizim üçün nə dərəcədə faydalı olduğu haqda fikirlərimizi bildirdik.Porfoliomuzda bir daha bütün bölmələrə daxil olub bütün yarımçıq qalan məsələləri həll etdik və 
nəhayət, 14 günlük təlimin sonunda Portfoliommuzu tamamlayıb təhvil verdik.
  
     İntel 10-cu versiyanın üstünlükləri təkcə layihə metodunu öyrətməklə bitmir, həmçinin bizi fəal təlimlə bağlı bir çox sahələrə aparıb pedoqoji fəaliyyətimizdə uğur qazana biləcək hər cür imkanı aşılamaqla yadda qalır.
    Təşəkkürlər İNTEL və təşəkkürlər çox hörmətli TƏLİMÇİLƏRİMİZ!



среда, 17 февраля 2016 г.

on üçüncü gün

                                                             XIII gün

 Təlimin XIII gününə bloqların müzakirəsi ilə başladıq. Təlimçılərin bizə verdiyi müəyyən məsləhət və təlimatlardan sonra fasilitasya sənədlərinin nümunələri ilə tanışlıqla davam etdirdik. Burada "Fasilitasiya resursunun planlaşdırılması" haqqında müzakirələr edildi.
    Müasir təlimdə müəllimin mövqeyi – "bələdçi" (fasilitator) , "aparıcı” (istiqamət verən) mövqeyidir. Fəal təlim prosesində müəllimin biliklərə aparan yolda bir bələdçi kimi əsas funksiyası, təyinedici rolu fasilitasiya (ingilis dilində facilitation –əlverişli şərait yaratma) adlanır.

                              

Bu müəllim liderliyinin yeni tipidir və o, müəllimlə şagirdin təhsil məqsədinə nail olmağa yönəldilmiş birgə fəaliyyətinə əsaslanır.Müəllimin vəzifəsi – öyrənməyi öyrətməkdir.Fasilitasiya bir proses kimi yönəldici, köməkçi sualların effektli tətbiqinin köməyi ilə diskussiyaların təşkili və şagirdlərin fəallaşdırılması prosesindən ibarətdir. Fasilitasiyanın əsas xüsusiyyəti ondan ibarətdir ki, yeni bilgi müəllim tərəfindən deyil, şagirdlər tərəfindən aşkara çıxarılır. Fasilitatorun mövqeyi, onun əsas funksiyası düşüncəni inkişaf etdirmək və onu lazımı məcraya yönəltməkdən ibarətdir. Fasilitasiya yanaşmasının əsas məqsədi şagirdlərin öyrənmək və yaratmaq tələbatlarını tam ödəmək, onların öz potensialını həyata keçirə bilməsi üçün şərait yaratmaqdır.
  
•Fasilitatorun mövqeyi, onun əsas funksiyası – fikrin təhrik edilməsi və onun lazım olan istiqamətə yönəldilməsidir (funksiya)
•Fasilitasiya yanaşması idraki və yaradıcı tələbatların tam ödənilməsinə, yəni şagirdlərin öz qabiliyyətlərini gerçəkləşdirməsinə yönəlmişdir.
Bu sənəddə fasilitator olmağımızda  və dərslənizi daha şəxsiyyətyönümlü etməkdə texnologiyanın bizə necə kömək edə biləcəyinə dair sadalanmış ideyalara öz əlavələrimizi etdik.
Daha sonra Layihənin öyrənilməsi planının yekunlaşdırılması ilə əlaqədar sənədləşmə işini icra etdik. Təlimin XIII gününü bloq haqqında təəssüratlarımızı yazmaqla yekunlaşdırdıq.
    
         

on ikinci gün

                                                                                 
                         XII  gün

   Təlimə bloq yazılarının müzakirəsi ilə başladıq.Təlimçimiz bloqlarda çatışmayan cəhətləri müəllimlərin nəzərinə çatdırdı.
Layihə Planının müvafiq bölmələrinin yazılması prosesinə başladıq.
   Mövzunun öyrənilməsi planında qiymətləndirmə ilə bağlı bölmələri işlədik.Təlimin sonuna kimi Planımızda dəyişikliklər edərək bloq yazısı ilə təlimi sona çatdırdıq.
   

вторник, 16 февраля 2016 г.

on birinci gün

                                            
                                     XI gün





 Bu gün də şagird layihəsini davam etdik.Bloqun            qiymətləndirilməsi,özünüqiymətlədirmə, differensiallaşmas sənədləri ilə tanış olduq.
  Şagirdin bilik və bacarıqlarını inkişaf etdirmək üçün müəllim hər  bir şagirdə fərdi yanaşmalıdır.Bu differensiallaşma adlanır. Differensiallaşmış tədrisdə müəllim hər bir şagirdin fərdi bacarıqlarına və bilik səviyyəsinə uyğun tapşırıqlar hazırlamalıdır.

понедельник, 15 февраля 2016 г.

onuncu gün

                                                             X gün



  Bu gün də şagird işinin planlaşdırılması və hazırlanması üzərində işimizi davam etdirdik. Blog üçün şablon seçdim, dizayn verdim. Şagird bloguna yaradıcı ad seçdim. 3 səhifə yaratdım, hər səhifəyə ad verdim.Birinci səhifədə layihə haqqında və bu layihəni həyata keçirəcək şagirdlər haqqında geniş məlumat yazdım.İkinci səhifədə isə qruplara verilən tapşırıqlar üzrə tədqiqatların gedişi haqqında yazdım. Qrupların müxtəlif web2 alətlərində hazırladıqları araşdırmaları ikinci səhifədə yerləşdirdim. Blog üzərində işləməklə işimi başa çatdırdım.
      

пятница, 12 февраля 2016 г.

doqquzuncu gün

                                                    IX gün




   IX gün dərsimiz çox maraqlı keçdi.Web2 alətlərinin təhlili və istifadəsi ilə məşğul olduq.Keçən təlim günündə tanış olduğumuz Bloggif.com,Photodex.com,
LearningApps.org,Vip.Talisman.comalətlərində qeydiyyatdan keçdik və onların hər birinin funksiyaları, işləmə qaydası, imkanları ilə ətraflı tanış olduq.Bu alətlərdən şagird təqdimatında istifadə etməyi düşünürəm.
Blogla daha geniş tanış olduq, çünki şagirdlər layihəni məhz blogda təqdim edəcəklər.

  •    photodex.com - video hazırlamaq üçün istifadə etmək olar. Dərsdə mativasiya yaratmaq, tapşırıqlar hazırlamaq üçün və yaxud da şagirdləri həvəsləndirmək üçün müxtəlif video çarxlar hazırlamaq olar.
  •   learningapps.org - ən xoşuma gələn alət oldu. Bu alətin geniş imkanlarından istifadə etməklə tədris materialları hazırlamaq mümkündür. Gələcəkdə dərslərimin təşkilində bu alətdən tez-tez istifadə edəcəyəm.
 




Sonra şagird blogunun yaradılması haqda danışdıq. Biz artıq müəllim blogu yaradarkən blog anlayışı ilə tanış olmuşduq. Bu gün isə daha geniş və ətraflı blogun imkanları haqda öyrəndik. Layihə zamanı şagirdlər öz araşdırmalarının nəticələrini Şagird blogunda yerləşdirərək təqdimat edəcəklər.










      Blog ən azı 3 səhifədən ibarət olmalıdır. Bu Ana səhifədir, burada layihə haqqında, onu həyata keçirəcək şagirdlər haqqında ətraflı məlumat yerləşdirilməlidir. Bu səhifədəki məlumatla tanış olan hər kəs layihə haqda tam məlumat almalıdır.Blogun ikinci səhifəsində layihənin tədqiqat istiqaməti, araşdırmalar haqqında məlumatlar yerləşdiriləcək. Tapşırıqlar qruplar arasında bölünəcək, hər qrup öz araşdırmalarını ikinci səhifədə yerləşdirəcək.
Blogun üçüncü səhifəsi araşdırmaların nəticəsi üçün ayrılır. Burada hər qrup öz araşdırmalarının nəticələrini burada yerləşdirəcək.
Sonra Sosial şəbəkələr və onların tədrisdə istifadəsi haqqında danışdıq. Hal-hazırda sosial şəbəkələr şagirdlər arasında geniş istifadə olunur, orada çox vaxt keçirirlər, demək olar ki, hər bir şagirdin hesabı vardır. Adətən onlar sosial şəbəkələrdən ünsiyyət məqsədi ilə, chatlaşmaq, yeni tanışlıqlar qurmaq üçün istifadə edirlər. Müəllim şagirdlərinin bu marağını tədris üçün faydalı istiqamətə yönəltməyi bacarmalıdır. Bunun üçün tədrislə bağlı məlumatları, oyunları, testləri, sorğuları şagirdlərin diqqətini və marağını cəlb edəcək bir şəkildə onların nəzərinə çatdırmalıdır.
Günün sonunda şagird blogu nümunələrinə baxdıq. Bu baxış mənimçün faydalı oldu. Şagird blogunu necə hazırlamaq haqqında fikirlərimi dəqiqləşdirdim. 


  

səkkizinci gün

                         
                                                  VIII gün
Bu gün təlimimizin 8-ci günü başa çatdı.İlk məşğələmiz layihə üçün internet resurslardan istifadə idi. Layihə üzərində işləyərkən bizə çoxlu materiallar, şəkillər, yazılı məlumatlar lazım olacaq.İnternetdən götürdüyümüz şəkilləri öz portfoliomuzda, linklərini (URL) isə Mövzunun öyrənilməsi planında saxlayırıq.
   Daha sonra isə gmailin başqa bir funksiyası, Google disk ilə tanış olduq. Google disk online flashkart rolunu oynayır, amma öz imkanlarına görə adi flashkartdan daha əlverişlidir. Burada 15 Gb-a qədər informasiya saxlamaq mümkündür. Materialların google diskdə saxlanması onları daha təhlükəsiz edir, çünki adi flashkarta virus düşə bilər, itə bilər. Google diskdə saxlanan informasiya gizliliyini qoruyur, ora gmailin sahibindən başqa heç kim baxa bilməz. İnternetə çıxışı olan istənilən yerdə, dünyanın istənilən nöqtəsində google diskdə saxlanan informasiyadan istifadə etmək olar.
   
 Şagird interaktiv müzakirələrdə iştirak edərək başqasının köməyi olmadan, təkbaşına öyrənir, özü araşdırır, özü tapır, başqalarından kömək almır. Məsələn, online sorğularda iştrak edir, online test həll edir və s.Daha sonra layihədə istifadə edəcəyimiz WEB2 alətləri ilə tanış olduq. WEB1 alətlərindən fərqli olaraq WEB2 alətlərində online rejimdə işləyirik və onların inkanları daha genişdir.
    

среда, 10 февраля 2016 г.

yeddinci gün

                                                     Ⅶ gün    


  Hazırlanan müəllim təqdimatlarını cütlərlə müzakirə etdik.Bu müzakirə bizim layihəyə təkrar nəzərdən keçirməyimizə yardımçı oldu.Müzakirədə bir -birimizin layihələrində olan çatışmamazlıqları düzəltdik.   Sonra Mövzunun öyrənilməsi planında Müəllim-şagird fəaliyyətinin yazılması ilə məşğul olduq.Planda layihənin həyata keçirilməsi zamanı həm müəllimin, həm də şagirdlərin nə edəcəklərini addım-addım yazdım.Planı elə yazmalıyam ki, ona baxan hər kəs layihə haqqında ətraflı məlumata malik olsun.  
     Layihənin həyata keçirilməsinə başlamazdan əvvəl onu həyata keçirəcək sagirdlərin ilkin bilik və bacarıqlarını müəyyən etmək üçün dioqnostik qiymətləndirmə keçirirəm.Bundan sonra öz təqdimatımı sagirdlərə təqdim edirəm ki, hansı layihəni işləyəcəklərini bilsinlər. Layihə müddətində şagirdlər çoxlu yeni biliklər əldə edəcəklər. Tədqiqat apararkən axtarış saytlarından istifadə etməyi, şəkil, mətn, video materialları yadda saxlamağı, ən əsası isə Veb2 alətlərində işləməyi öyrənəcəklər.  
  Təqdimat vasitəsi ilə mövzu ilə əlaqəli şagirdlərin ilkin bilik səviyyəsi aydın olur,onlara axtarış sualları təqdim olunur,istiqamətləndirilir,qruplarla iş təşkil olunur .Hər bir qrupa müəyyən tapşırıqlar verilir ki,bu da onların fəaliyyətinə böyük yardımçıdır.Müəllimin təqdimatı şagirdlərin bir çox üzdə olmayan bacarıqlarını,məntiqi təfəkkürünü ortaya qoyulmasında rol oynayır.





вторник, 9 февраля 2016 г.

altıncı gün

                            VI gün 
Bu gün "Müəllim təqdimatı"nın yaradılması və müəllim-şagird fəaliyyətinin yazılması ilə məşğul olduq.
Müəllim təqdimatının əhəmiyyəti nədir və ona qoyulan tələblər hansıdır?
Layihəyə qoyulan tələblər layihənin əsas suallarının mövcudluğu və tapşırıqların aydın şəkildə ifadə olunmasıdır. Şagird müəllim təqdimatı vasitəsilə layihə mövzusu ilə tanış olur,hansı sahədə tədqiqat aparmalı olduğunu,hansı suallara cavab tapmalı olduğunu öyrənir,qrup tapşırıqlarının nə olduğunu bilir.
Müəllim təqdimatına aid bir-neçə nümunəyə baxdıqdan sonra öz layihəm əsasında təqdimatımı hazırladım. Layihənin birinci səhifəsində layihəyə verdiyim yaradıcı adı,öz ad və soyadımı, işlədiyim məktəbi, layihəni həyata keçirəcək sinfi və fənni göstərdim. İkinci səhifədə təməl sual öz əksini tapdı. Sonrakı səhifələrdə mövzu və məzmun suallarını,qrup tapşırıqlarını yerləşdirdim.Hər mövzu sualını bir qrup tapşırığı kimi verdim. Sonda layihəyə verilən vaxtı bildirdim və şagirdlərimə uğurlar arzu edərək təqdimatı yekunlaşdırdım. 
Təqdimatımı power point proqramında hazırladım.

Layihə müddətində sagirdlər çoxlu yeni biliklər əldə edəcəklər.Tədqiqat apararkən axtarış saytlarından istifadə etməyi,şəkil,mətn,video materialları yadda saxlamağı öyrənəcəklər.Hər qrup öz tapşırığının nəticələrini sagird blogunda saytlarında yerləşdirəcək.

beşinci gün

                                                           


                                   V gün



Bu gün çoxsaylı qiymətləndirmə üsullarına baxış etdik. Bunun üçün Modul 4-də məşğələ 2 ilə tanış olduq, onu oxuduq, müzakirə etdik. Bu müzakirənin mənə xeyri o oldu ki, qiymətləndirmə haqqında bildiklərimi təkrar etdim, bilmədiklərim öyrəndim.
Qiymətləndirmənin 3 növü var:

  • beynəlxalq
  • milli
  • məktəbdaxili

Beynəlxalq qiymətləndirmə - 3-5 ildən bir, beynəlxalq müşahidəçilər tərəfindən aparılır. Məqsəd ölkənin təhsil səviyyəsini öyrənmək, başqa ölkələrlə müqayisədə təhsilin hansı vəziyyətdə olduğunu müəyyənləşdirməkdir.
Milli qiymətləndirmə - Təhsil Nazirliyi tərəfindən aparılır. Məqsəd ölkə daxilində təhsilin səviyyəsini öyrənməkdir.
Məktəbdaxili qiymətləndirmə - 3 yerə ayrılır: 

  • diaqnostik
  • formativ 
  • summativ.   
Diaqnostik qiymətləndirmə, şagirdin  ilkin bilik və bacarıqlarını təyin etmək üçün aparılır. Adətən ilin əvvəlində aparılan dioqnostik qiymətləndirmə il boyu davam edə bilər, bu bir çox səbəblərdən asılıdır, məsələn, sagird və ya müəllim sinfi və ya məktəbi dəyişərsə. İki cür, qısamüddətli və davamlı ola bilər.
Formativ qiymətləndirmə, il boyu aparılır. Məqsəd şagirdin il boyu fəaliyyətini izləmək, irəliləməsin və geriləməsini öyrənmək, boşluqları müəyyən edib aradan qaldırmaqdır. Formativ qiymətləndirmənin nəticəsi müəllimin şəxsi formativ qiymətləndirmə jurnalına qeyd olunur.
Summativ qiymətləndirmə, kiçik və böyük olmaqla iki yerə ayrılır. KSQ - Kiçik Summativ Qiymətləndirmə hər tədris vahidinin sonunda, 4-6 həftədən bir aparılır. Nəticəsi sinif jurnalına və gündəliyə yazılır. BSQ - Böyük Summativ Qiymətləndirmə ildə iki dəfə, hər yarımilin sonunda aparılır. Summativ qiymətləndirmənin məqsədi hər tədris vahidinin, hər yarımilin sonunda şagirdlərin bilik və bacarıqlarının öyrənilməsinin səviyyəsini müəyyənləşdirməkdir.
      Günün sonunda qiymətləndirmənin ilkin variantının hazırlanmasını öyrəndik. Mövzunun öyrənilməsi planında bunu işlədik. Layihənin əvvəlində, gedişində və sonunda hansı qiymətləndirmə üsullarından istifadə edəcəyimizi müəyyənləşdirdik.

воскресенье, 7 февраля 2016 г.

dördüncü gün


                           IV gün

Təlimin 4-cü günü başa çatdı.Bu gün layihə mövzularını müzakirə etdik. Müzakirələr mənim üçün faydalı oldu. Ona görə ki, müzakirələr zamanı öz müəllim yoldaşlarımın fikirlərini dinlədim, öz fikirlərimi bildirdim. Bu fikir mübadiləsi nəticəsində öz seçimimi dəqiqləşdirdim, araşdırmaların istiqamətini müəyyənləşdirdim.Daha sonra seçdiyimiz mövzuların standart və məqsədlərini müəyyən etdik.( www.kurikulum.az  səhifəsindən standart seçildi.)İstədiyimiz nəticəni tez əldə etmək üçün standartlardan istifadə etmək vacibdir. Tədrisin məqsədini və təlimdən gözlədiyimiz nəticələri müzakirə etdik. Niyə məhz bu layihə mövzusunu seçdiyimiz, layihənin sonunda şagirdlərdən gözlədiyimiz nəticələr haqda fikir mübadiləsi apardıq.
Bu gün həmçinin İntel 10 təlimində  Microsoft Office proqramları paketinə daxil olan Microsoft Publihser proqramını öyrəndik. Bu proqramın imkanları ilə nəşrlər, bukletlər, vizitkalar, sertifikatlar, fəxri-fərmanlar, veb-saytlar hazırlamaq mümkündür. Qiymətləndirmə zamanı şagirdləri bu proqramın köməyi ilə hazırladığım sertifikatlarla fərqləndirməyi düşünürəm.




üçüncü gün

                                          III gün
                                                         
                                                     
Bu gün layihənin 3 əsas sualını öyrəndik: 
1.Təməl
2.Mövzu
3.Məzmun
Təməl sual-konkret cavabı yoxdur,genişdir,mövzu və məlum deyil.Təməl sual müxtəlif fənnlər,dərsin ayrı-ayrı mövzuları arasında əlaqə qurur,təfəkkürün inkişafına yönəlir.
Mövzu sulları və ya tematik suallar fənnin konkret mövzusu ilə bağlı olub,təməl sualı dəstəkləyir,onu davam etdirir.Mövzu sualı layihənin hansı fənnə aid olduğunu, nədən bəhs etdiyini göstərir.Şagird mövzu sualına birbaşa cavab verə bilməməlidir,yalnız tədqiqatdan sonra sualın cavabı tapılmalıdır.
Məzmun sualları konkret və dəqiq cavabları olan  suallardır.
Məzmun suallarının sayı əz azı 5-6 dənə olmalıdır.Məzmun sualları bilik əldə etmək üçündür,şagirdlər bu biliklər əsasında ətraf aləmi öyrənir.
Sonda tədris layihəsinə əsasən öz layihə suallarımı tərtib etdim.





четверг, 4 февраля 2016 г.

İkinci gün


                     II gün

XXI əsr bacarıqları ilə tanış olduq.Burada əsas məqsəd təhliletmə,sintezetmə,

tətbiqetmə,analizetmə kimi bacarıqları formalaşdırmaqdır.Blum taksonomiyası ilə tanış idik.Bu gün isə bir daha şagirdlərin dərketmə səviyyəsini göstərən piramida şəkildə şərh olundu. Bilik,qavrama,tətbiqetmə yaddaşa əsaslanır,təfəkkür inkişaf etmir,digərləri isə təffəkürə əsaslanır.


                                                                                               
                                                                



Layihə metodu haqqında ilkin biliklərə yiyələndik.Layihənin hazırlanması,problemin qoyulması,problemə uyğun metodlar müəllim tərəfindən seçilir və burada tədqiqat şagirdlər tərəfindən yerinə yetirilir.Bütün hallarda İKT-dən geniş istifadə etməyi öyrənirlər.Sonda layihə üçün mövzu seçmək tapşırıldı.
              

Birinci gün





            I  gün

Bu gün İntel "Gələcək üçün təhsil" təlim proqramı ilə tanış oldum.Təlimçilərimiz Aybəniz xanım və Mehriban xanım İKT bacarıqlarımı genişləndirdi.Yeni və maraqlı məlumatlar əldə 
etdim.Təlim çox maraqlı keçdi.